Okt 28, 2020 09:57 Asia/Baku
  • Qrossi: İran agentliklə yaxşı həmkarlığa malikdir

MAQATE-nin baş direktoru dünən Assoşieyted-Press-lə müsahibədə vurğulayıbdır ki, İran ilə agentlik arasındakı həmkarlıqlar yaxşı səviyyədədir.

SəhərAzəri xəbər verir, Rafael Qrossi bu müsahibədə İrandakı iki saytda təftiş məsələsi barədə İran ilə agentliyin müfəttişləri arasında yaxşı əməkdaşılğın olduğunu bildirib. Qeyd edib ki, İran ilə agentlik arasındakı həmkarlıqlar yaxşı səviyyədədir və agentliyin müfəttişləri müntəzəm şəkildə İranın nüvə saytlarına baxış keçirirlər.

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ötən avqust ayında agentliyin baş direktorunun Tehrana səfəri və İran rəsmilərilə müzakirələrinin sonunda razılaşdılar ki, öz əməkdaşlıqlarını daha da artırsınlar. Onlar qərara gəldilər ki, 2016-cı ilin on altı yanvarından bəri könüllü və müvəqqəti şəkildə İran tərəfindən icra edilməkdə olan müahidə üzrə əhatəli anlaşmanın və ona əlavə edilmiş protokolun tam şəkildə icra edilməsi məqsədilə qarşılıqlı etimadı yüksəltsinlər.

Bu istiqamətdə İran könüllü surətdə agentlik tərəfindən təyin edilmiş iki məkana əlçatanlıq verib və bu məsələlərin həll edilməsi üçün agentliyin faktaraşdırıcılıq fəaliyyətlərini asanlaşdırıbdır.

Nüvə anlaşmasının üzvləri İranın bu qərarını alqışlayaraq, onu anlaşmanın qorunması və davam etməsi istiqamətində atılan müsbət addım kimi dəyərləndiriblər.

Teqlər