Noy 14, 2020 15:17 Asia/Baku
  • İran hökuməti koronavirusa qarşı yeni tədbirlər görür

İran İslam Respublikası prezidenti hökumətin koronavirusla mübarizəyə bütün imkanlarını səfərbər etdiyini bəyan edərək, bu mənhus virusla mübarizə üçün yeni tədbirlərin görüləcəyindən xəbər verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclasında məhdudiyyətlərin sərtləşdirilməsi, toplantı və yol hərəkətlərinin minimuma endirilməsi vacibliyini vurğulayaraq, deyib: "Bununla əlaqədar bir plan hazırlanıb ki, bu həftə yekunlaşacaq və noyabrın 21-dən etibarən ölkə boyu tətbiq ediləcəkdir".

Ruhani əlavə edib: "Bu plan bütün ölkədə həftəlik olaraq, həyata keçiriləcək və hər bir şəhər üçün protokol tərtib ediləcək".

İran İslam Respublikası prezidenti bu planın koronavirusun sonuna qədər davam edəcəyini bildirib və qeyd edib ki, məhdudiyyətlərin artırılması insanlara fövqəladə vəziyyətin olmasını aşılamaq məqsədi daşıyır və hər kəs bu vəziyyətdən minimum itki ilə çıxmaq üçün yardım etməlidir.

Teqlər