İranda koronadan sağalanların sayı 558 mini keçdi
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on iki min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 459 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on iki min 543 yeni COVID-19 xəstəsi aşkar edilib. 3 544 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 762 min 68 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 459 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 41 min 493 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 558 min 818 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.