Noy 16, 2020 17:50 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 564 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 486 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 53 yeni COVID-19 xəstəsi aşkar edilib. 3 133 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 775 min 121 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 486 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 41 min 979 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 564 min 699 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər