Noy 17, 2020 15:32 Asia/Baku
  • İranda koronavirusun sürətli diaqnozu alətinin istehsal xəttinin təqdimatı olub

İranda koronavirusun sürətli diaqnozu alətinin ilk istehsal xəttinin təqdimatı olub.

SəhərAzəri xəbər verir, İran bu istehsal xəttini təqdim etməklə koronavirusun sürətli diaqnozu alətinin texniki biliyinə malik olan üç müvəffəq ölkə sırasında durubdur.

Bu alətin istehsal olunmuş öncəki alət ilə fərqi, azimkanlı bölgələr üçün əlçatan olması, sınaq şüşəsinin istehsalı üzrə bahalı cihazların aradan götürülməsi, virusun sürətli diaqnozu zamanı və digər sınaq şüşələri ilə müqayisədə qiymətin otuzfaizlik azalmasıdır.

İranda koronavirusun sürətli diaqnozu üzrə sınaq şüşələrinin istehsal xəttinin işə salınması ilə tezliklə bu sınaq şüşələrindən ümumi dispanserləşdirmə layihəsində istifadə olunacaq və koronavirus üzrə gündəlik sınaqların sayı təqribən 40 mindən yüz mindən çox sınağa çatacaq.

Teqlər