İranda koronadan sağalanların sayı 610 mini keçdi
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on iki min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 453 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on iki min 460 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 744 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 866 min 821 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 453 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 45 min 255 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 812 nəfərdir.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 610 min 406 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.