Dek 04, 2020 18:02 Asia/Baku
  • İranda koronavirusa yoluxanlardan 347 nəfər həyatını itirib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min 341 yeni koronavirus xəstəsinin aşkar edilməsi və 347 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 341 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan min 996 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 16 min 835 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 347 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 49 min 695 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 708 min 106 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər