Dek 05, 2020 16:27 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 719 mini keçdi

İranın səhiyyə nazirliyinin mətbuat katibi ötən 24 saat ərzində ölkədə on iki min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 321 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on iki min 151 yeni COVID-19 xəstəsi aşkar edilib. 1 562 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 28 min 986 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 321 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 50 min 16 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 817 nəfərdir.

İranın səhiyyə nazirliyinin mətbuat katibinin dediyinə görə, indiyədək İranda 719 min 708 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər