Dek 07, 2020 17:29 Asia/Baku
  • İranda koronavirus səbəbiylə xəstə və ölüm sayında ciddi azalma

İranın səhiyyə nazirliyinin mətbuat katibi ötən 24 saat ərzində ölkədə on min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 284 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on min 827 yeni COVID-19 xəstəsi aşkar edilib. 1 691 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 51 min 374 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 284 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 50 min 594 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 796 nəfərdir.

İranın səhiyyə nazirliyinin mətbuat katibinin dediyinə görə, indiyədək İranda 742 min 955 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər