İranda koronavirusdan sağalanların sayı 894 mini keçdi
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə altı min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 191 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda altı min 151 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 991 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 164 min 535 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 191 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 53 min 816 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 894 min 366 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.