Dek 27, 2020 16:18 Asia/Baku
  • Fələstinli qruplar qəlblərin sərkərdəsinin dərəcəsini yüksək dəyərləndiriblər

Fələstinli mübariz qruplar qəlbələrin sərkərdəsinin dərəcəsini yüksək dəyərləndiriblər.

SəhərAzəri xəbər verir, fələstinli mübariz qrupların başçılarından bir qrupu Dəməşqdə suriyalı elitanın iştirakı ilə keçirilən yığıncaqda qəlblərin sərkərdəsinin və onunla silahdaş olmuş şəhidlərin, xüsusən Əbu Məhdi Əlmuhəndisin dərəcələrini yüksək dəyərləndirib.

Yığıncaqda vurğulanıb: "Müqavimətin beynəlxalq komandanının şəhadətilə onun hərəkəti əsla dayanmayacaq. Qəlblərin sərkərdəsinin şagirdləri onun yolunu bütün dünyada haqq və ədalət bayrağının dalğalanmasınadək davam etdirəcəklər.

Mərasimdə çıxış edənlər qəlblərin sərkərdəsinin İraq və Suriyada qondarma İŞİD xilafətinin yığışdırılmasındakı rolunu yüksək dəyərləndiriblər.

Dəməşq universitetinin müəllimi və siyasi aktivist doktor Səlim Xərrat deyir:

"Suriya xalqı bilir ki, əgər Hac Qasem Soleymani kimi cəsur insanlar yanında olmasaydı və onun dadına çatmasaydılar, indi onların taleyi başqa cür olardı. Buna görə, biz zalım qüvvələrin bütün amillərinin yığışdırılması və Qüdsi-Şərifin azad edilməsinədək şəhidlərin qanlarına sadiq qalaraq, onların yollarını davam etdirəcəyik.

Mərasimin xüsusi qonağı olan İranın Suriyadakı səfiri Cəvad Torkabadi öz çıxışında İran İslam Respublikasının şəhid Qasem Soleymaninin terroru amilləri olan amerikalı terrorçuların mühakimə edilmələri üzrə israrına təkid edib.

Cəvad Torkabadi əlavə edib: "Hac Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndis, həmçinin son zamanlar şəhid edilmiş şəhid Fəxrizadə Qüdsi-Şərifin azad edilməsinin yol göstərən çıraqlarıdırlar. Bu yol şəhidlərin pak nurları ilə bəzənərkən bilin ki, Qüdsi-Şərifin azad edilməsi olan hədəfə daha da yaxınlaşmışıq".

Teqlər