Qafqaz regionu üzrə konsulluq seminarı keçirilib
https://azeri.sahartv.ir/news/İran-i371425-qafqaz_regionu_üzrə_konsulluq_seminarı_keçirilib
İranda Qafqaz regionu üzrə konsulluq seminarı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2020 12:06 Asia/Baku
  • Qafqaz regionu üzrə konsulluq seminarı keçirilib

İranda Qafqaz regionu üzrə konsulluq seminarı keçirilib.

SəhərAzəri xəbər verir, seminar dünən İran xarici işlər nazirinin konsulluq, məclis və iranlıların məsələləri üzrə müavini Seyyed Kazem Səccadinin və bu müavinliyin şöbə müdirlərinin iştirakı ilə onlayn surətdə keçirilib.

Seminarda Azərbaycan Respublikasında və digər region ölkələrində yaşayan iranlıların problemləri, eləcə də onlara göstərilən müxtəlif konsulluq xidmətləri araşdırılıb,/ ətrafında fikir mübadiləsi aparılıbdır.

Seminarda İran İslam Respublikasının Azərbaycan Respublikası, Ermənistan və Gürcüstandakı səfirləri və Naxçıvan və Batumidəki baş konsulları iştirak ediblər.