Fev 23, 2021 12:58 Asia/Baku
  • Dövlət İnqilab Rəhbərinin sanksiyaların götürülməsi barədə yekdillik üzrə fərmanını rəğbətlə qarşılayıb

İran dövləti İnqilab Rəhbərinin sanksiyaların götürülməsi istiqamətində yekdillik üzrə fərmanını rəğbətlə qarşılayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası dövləti İslam İnqilabının Böyük Rəhbərinin İran İslam Şurası Məclisi qanununun icrası və sanksiyaların götürülməsi istiqamətində yekdillik üzrə fərmanına rəğbət əlaməti olaraq, bir bəyanat yayıb.

Bəyanatda deyilir: İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə müzakirə və razılaşmaları İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı xüsusiyyət təşkil etməklə tamamilə ölkənin konstitusiyası və qanunlarına uyğun olub.

Bəyanatda sonra deyilir: İran İslam Respublikası dövləti İran İslam Şurası Məclisinin qəbul etdiyi «Sanksiyaların ləğv edilməsi və İran xalqının maraqlarının qorunması üzrə strateji addım» qanunu da daxil olmaqla ölkə qanunlarını icra etməyə özünü borclu bilir.

Bəyanatın davamında vurğulanır: Dövlət əlavə protokoldan kənar könüllü addımların atılmasının dayandırılmasını 2021-ci il fevralın 15-də rəsmən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzərinə çatdırıb və bu gün, fevralın 23-dən bu qərar icra olunacaq.

Teqlər