Mart 01, 2021 15:00 Asia/Baku
  • Zərifdən ABŞ və Avropaya xəbərdarlıq

MAQAT-nin Direktorlar Şurasında qanunsuzluqlarla əlaqədar Avropa və Amerikaya həssas bir xəbərdarlıq

SəhərAzərix xəbər verir ki, İran Xarici İşlər Naziri deyib: Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında anti-İran qətnamənin ardının tutulması mövcud vəziyyətdə qarışıqlığa səbəb olacaq.

Məhəmməd Cavad Zərif bazar ertəsi günü İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında, MAQAT-nin Direktorlar Şurasında anti-İran qətnaməsi çıxarmağa dair cəhdlərə toxunaraq deyib: "Avropalılar, İdarə Heyətində ABŞ-a dəstək verməklə səhv bir hərəkətə başladılar".

Mövcud vəziyyətin MAQAT-nin Direktorlar Şurasının bütün üzvlərinə izah edildiyini söyləyən Zərif, əlavə edib: "Ümid edirik ki, ağıl üstünlük qazanacaq və bu olmazsa, İranın mövzu ilə bağlı həll yolları var."

Qərb mediaları, ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinin(BAEA) Direktorlar Şurasında keçiriləcək iclasında İrana qarşı qətnamə təqdim etmək niyyətində olduğunu yazıb.

Bu arada İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bazar günü deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurası, Əlavə Protokolun dayandırılması üçün İrana qarşı bir qərar çıxararsa, İran buna uyğun reaksiya göstərəcəkdir. "Bununla əlaqədar bir məktub da MAQAT-yə  göndərilib.

 

Teqlər