Mart 02, 2021 10:01 Asia/Baku
  • Möhsün Rezayi sionist rejimin Azərbaycanda mövcudluğu barədə xəbərdarlıq edib

İran İslam Respublikasının Məsləhət Şurasının üzvü Qum şəhərində keçirilən Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" Konfransında deyib: "Qarabağda baş verən son hadisələrdə ən mühüm məqam budur ki, Qarabağ tamamilə işğaldan azad edilməyib və hələ də onun ərazilərinin əhəmiyyətli hissəsi Ermənistanın nəzarəti altındadır".

SəhərAzəri xəbər verir, Möhsün Rezayi, həmçinin bölgədəki sülhməramlılarla bağlı deyib: "Atəşkəsə nəzarət etmək adı atlında Qarabağa gələn ölkələrin missiyası və bu bölgədə qalacaqları müddət tam bəlli deyil və əgər onlar uzun müddət Qarabağda qalarlarsa və bu bölgənin bir hissəsi də Ermənistanın nəzarəti altında olarsa ciddi problemlər yaşana bilər və bu ölkələr öz beynəlxalq mübahisələrini Qarabağa və Azərbaycana gətirməməlidirlər.

İranın Məsləhət Şurasının üzvü İsrail rejiminin Azərbaycanda aktivliyi ilə bağlı xəbərdarlıq edərək deyib: "İsrail rejiminin Azərbaycanda mövcud olması bütün Qarabağın azad edilməsi anlamında deyil. İsrail rejimi orada mövcudluğunu əsaslandırmaq üçün Qarabağın tamamilə azad edilməsinə mane olmağa çalışacaq. Beynəlxalq güclər hər zaman regionda varlıqlarının zəruriliyini sübut etmək üçün əmin-amansızlıq yaradırlar və biz hesab edirik ki, Dağlıq Qarabağın bütün əraziləri Azərbaycana qaytarılmalıdır.

 

Teqlər