Xətibzadə: "İran əleyhinə qətnamə AEBA-nın Direktorlar Şurasının gündəmindən çıxarıldı"
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İran əleyhinə qətnamənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik AEBA-nın Direktorlar Şurasının gündəmindən çıxarıldığını bildirib.
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib: "Tehran, Vyana, AEBA-nın Direktorlar Şurasına üzv ölkələrin, xüsusilə də Avropa üçlüyünün paytaxtlarında aparılan sıx diplomatik səylər, həmçinin Çin və Rusiyanın dəstəyi ilə İrana qarşı qətnamə layihəsi Direktorlar Şurasının iclasının gündəliyindən çıxarıldı."
Səid Xətibzadə bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə baş verənlərlə bağlı əlavə edib: "Bu günkü inkişaf İran və MAQATE-nin açdığı diplomatik yolu davam etdirə, nüvə razılaşmasını imzalayan ölkələrin öhdəliklərinin tam yerinə yetirilməsinə zəmin yarada bilər".
Xətibzadə İranın nüvə anlaşmasında iştirak edən bütün tərəflərin bu fürsəti dəyərləndirərək, ciddi əməkdaşlıqla nüvə anlaşmasının tam icrasına zəmanət verəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Fransanın xarici işlər naziri Jav İv Le Drian Avropa üçlüyünün İrana qarşı irəli sürdüyü qətnamənin İranın MAQATE ilə əməkdaşlıqları azaltmasına cavab olaraq, yaxın günlərdə Direktorlar Şurasında səsə qoyulacağını iddia edib.
İran İslam Respublikası da Avropa Troykasının ilqarsızlığı və sabotajlarına reaksiyada, belə bir qətnamənin qəbul olunmasını qeyri-kostruktiv dəyərləndirib.
İran və AEBA əlavə protokolun tətbiqinin və nüvə anlaşması çərçivəsindəki təftişlərin tamamilə dayandırılması barədə razılaşıblar.
İran fevralın 23-də parlamentin təsdiq etdiyi "sanksiyaların ləğvi və İran xalqının hüquqlarının qorunması üçün strateji addım" qanunua uyğun olaraq, nüvə anlaşması çərçivəsində həyata keçirdiyi könüllü tədbirləri dayandırıb.