Mart 11, 2021 12:00 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini dünya katoliklərinin rəhbəri ilə görüşdə Həzrət Ayətullah Sistaninin zakasını təqdirə layiq dəyərləndirib və onun müdrik mövqelərinin İslam dünyasının izzətinə və başıucalığına səbəb olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir, Höccətülislam vəlmüslimin Möhsün Qomi İran İslam Respublikasının mədəniyyət orqanlarının bir qrup rəsmisi ilə görüşdə, Ayətullah Sistaninin bu tarixi görüşdə mühüm beynəlxalq məsələlər, o cümlədən Qüdsün işğal olunmasına təkid etməsinə toxunaraq, deyib: "Ayətullah Sistaninin bu təkidləri Qüdsü işğal edən rejimlə münasibətləri normallaşdırma fitnəsini puça çıxartdı".

İslam İnqilabının Böyük Rəhbəri ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini əlavə edib: "Ayətullah Sistaninin yoxsulluq, məhrumiyyət, ayrı-seçkilik və sanksiya vəziyyətindən narazılıq ifadə etməsi və dini liderlərin məsuliyyətlərinə əməl etməli olduqlarını vurğulaması Quranın İbrahimi dinlərin ardıcılları və rəhbərlərinə təlim keçdiyi  “Kəleməten Səva"nın sizinlə bizim aramızda eyni olan kələmənin bariz nümunəsi ola bilər və onun nəticələrini gözləmək lazımdır".

Dünya Katoliklərinin rəhbərinin Ayətullah Sistaniyə insanların və xristianların həyatını qorumaq strategiyasına görə minnətdarlıq etdiyinə toxunaraq, Qərb ölkələrindəki İslamofobiya və şiəfobiya siyasətləri kimi İslam və Xristianlıq arasında əməkdaşlığa mane olan amillərin aradan qaldırılacağına ümidvarlıq ifadə edib.

Teqlər