Koronavirusa qarşı «Fəxr-1» İran vaksinin təqdimatı olub
Koronavirusa qarşı «Fəxr-1» İran vaksinin klinik sınaqlarının birinci mərhələsi başlanıb.
SəhərAzəri xəbər verir ki, «Fəxr-1» layihəsinin direktoru Əhməd Kərimi bu gün bu vaksinin təqdimat mərasimində deyib: COVID-19 vaksini üzrə araşdırma və inkişaf prosesi ötən ildən başlanıb. Bu virusun iranlı xəstələrin 35 min nümunəsi arasından ayrılması və ilk vaksin toxumunun otuz münasib izoləsinin becərilməsi, onların arasından seçilərək, həyata keçirildi.
Kərimi söyləyib: İstehsal prosesinə daxil olan hüceyrənin becərilməsi, mayalanma, çoxaldılma, izolyasiya və təmizləmə, fəalsızlaşdırma və formulasiya prosedurları qısa müddət ərzində işə salınıb, sonra isə heyvan testləri və müxtəlif keyfiyyət testləri həyata keçirilib.
«Fəxr-1» layihəsinin direktoru bildirib ki, sınaq mərhələlərindən və müxtəlif növlərdən olan 650 başdan çox heyvan üzərində testlərdən sonra vaksinin zərərsiz və təsirli olması sübuta yetirilibdir.
O, deyib: Eyni zamanda, bu vaksinin iri həcmə istehsalı zavodunun dizayn edilərək, düzəldilməsi işi də başlanıbdır. Ümid edirik ki, yay fəslinədək istehsal etapına daxil olacaq.