Yaya qədər İran yerli peyvəndin istifadəsinə başlayacaq
https://azeri.sahartv.ir/news/İran-i374767-yaya_qədər_İran_yerli_peyvəndin_istifadəsinə_başlayacaq
İran tezliklə yerli peyvəndin istifadəsinə başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2021 19:23 Asia/Baku
  • Yaya qədər İran yerli peyvəndin istifadəsinə başlayacaq

İran tezliklə yerli peyvəndin istifadəsinə başlayacaq.

SəhərAzəri xəbər verir ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat yayıb.

"Cov İran Barakat” vaksininin ikinci sınaq mərhələsi aprel ayının sonuna qədər başa çatacaq. Daha sonra üçüncü sınaq mərhələsi keçiriləcək. Beləliklə baharın sonunda əhalinin vaksinasiyasına start veriləcək", - Cahanpur bildirib.

Onun sözlərinə görə, hazırda İranın Pastor İnstitutu Kuba ilə birlikdə koronavirus əleyhinə daha bir vaksin hazırlayır:

"Onun klinik sınaqlarının birinci və ikinci fazaları Kubada keçirilib”.