Apr 06, 2021 12:51 Asia/Baku
  • «Kovopars» vaksininin iri həcmdə istehsalı planlaşdırılır

Vaksin və serumqayırma üzrə Razi araşdırma müəssisəsinin sədr müavini «Kovopars» vaksininin iri həcmdə istehsalı üzrə planlaşdırmadan xəbər verib.

SəhərAzəri xəbər verir ki, Mohəmməd Hoseyn Fəllah ISNA ilə müsahibədə «Kovopars» vaksininin klinik sınağının həyata keçirilməsi prosesinə toxunaraq, deyib ki, 2021-ci ilin avqust ayından vaksinin iri həcmdə istehsalı planlaşdırılıb.

Fəllah sonra deyib: Təhlükəsizlik baxımından da vaksin vurdurmuş şəxslər indiyədək problemə düçar olmayıblar və şərait yaxşı şəkildə irəliləməkdədir.

Vaksin və serumqayırma üzrə Razi araşdırma müəssisəsinin sədr müavini həmçinin deyib ki, ikinci etapda 500 nəfər üzərində klinik sınaq həyata keçirilməlidir.

Fəllah vurğulayıb ki, Razi institutunun korona vaksini üç dozada işlənib hazırlanıbdır ki, onun iki ilk dozası əzələ, üçüncü dozası isə tənəffüs vasitəsilə aşılanır.

Teqlər