Apr 06, 2021 13:40 Asia/Baku
  • İranın 133 nüvə nailiyyəti təqdim olunacaq

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İranın 133 nüvə nailiyyətinin təqdim olunacağından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Behruz Kəmalvəndi İSNA ilə müsahibədə deyib: «20 fərvərdin» gününün on beşinci ildönümü bu il, 1400-cü günəş ilində Tehranın Səadətabad kompleksində keçiriləcək və İranın nüvə sənayesinin 133 nailiyyəti ölkə prezidenti Həsən Ruhani və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin iştirakı ilə təqdim olunacaq.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü sonra söyləyib: Həmçinin İran prezidenti videokonfrans formasında nüvə zənginləşdirməsi, nüvə tibbi, lazer və kvant da daxil olmaqla müxtəlif sahələrdə on iki layihəni istifadəyə verəcək.

İranın rəsmi təqvimində 20 fərvərdin, milli nüvə texnologiyası günü adlandırılıb.

Teqlər