AEBA İranda 60%-lik zənginləşdirməyə malik uran istehsalı üzrə faktları yoxlayıb
MAQATE-nin baş direktoru, direktorlar şurasına məruzəsində İran tərəfindən altmış faizlik zənginləşdirməyə malik olan U-235 tipli uran istehsalı üzrə faktların yoxlanmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki, Rafael Qrossi dünən, şənbə günü, müəyyən hissələri xarici medialara sızmış məruzəsində belə qeyd edib: Agentlik bu işi Nətənz yanacaq zənginləşdirmə saytındakı IR-4 və IR-6 tipli iki sentrifuqa şəlaləsinə eyni vaxtda beş faizədək zənginləşdirilmiş U-235 tipli «uran ftoridi» qazını vurmaqla həyata keçirib.
Məruzədə deyilir: İranın bildirdiyinə görə, uran ftoridinin xalislik səviyyəsi əlli beş tam onda üç faiz olub.
Agentlik İran tərəfindən elan olunmuş xalislik səviyyəsini müstəqil şəkildə yoxlamaq üçün istehsal olunmuş uran ftoridindən nümunə götürüb.
İran İslam Şurası Məclisinin sədri Mohəmməd Baqer Qalibaf cümə günü öz tvitter hesabında belə qeyd etdi: Tehran vaxtı ilə ötən gecə yarısı, səhər saat 00-40 dəqiqədə və Seyyiduşşuhəda(ə) ziyarəti gecəsində gənc və mömin iranlı alimlər altmış faizlik zənginləşdirməyə malik olan uran məhsulunu əldə etməyə müvəffəq oldular.
İranın son qərarı, sionist rejimin Nətənzdəki təxribatçı hərəkəti və nüvə terrorizminə cavab olaraq, qəbul edilibdir.
Nətənz zənginləşdirmə təsisatlarının elektrikpaylama şəbəkəsinin bir hissəsində baş verən bu hadisə fonunda qeyd edək ki, ötən şənbə günü milli nüvə texnologiyası gününün on beşinci ildönümündə İran prezidentinin göstərişi ilə Nətənz modern sentrifuqalar montajı mərkəzi açıldı və yeni nəsildən olan sentrifuqa maşınlarına qazın vurulması və IR-doqquz sentrifuqasının mexaniki testi başlandı.