Apr 20, 2021 18:23 Asia/Baku
  • İranda özəl sektor 6 milyon doza korona peyvəndi idxal edir

Tehran Ticarət palatasının sədri Məsud Xansari, özəl sektorun 6 milyon doza korona virus peyvəndi idxal edəcəyini açıqladı.

SəhərAzəri xəbər verir:Çərşənbə axşamı günü bu xəbəri elan edən Tehran Ticarət palatasının  Başçısı Xansari, özəl firmaların 6 milyon doza korona virus peyvəndinin alim razılaşmasını imzalamağı bacardığını, bu razılaşmanın administrativ əməliyyatları tamamlandıqdan sonra qüvvəyə girəcəyini ifadə etdi.

Xansari, ticarət otağının ictimai məsuliyyəti və prezident Ruhaninin özəl sektorun peyvənd idxalatında rol ifa etmələrinə vurğu etməsi üzərinə peyvənd idxalatında hökumətə yardımçı olmağa qərar verdiklərini ifadə etdi.

Özəl sektorun korona virus peyvəndinin idxalatına başlamaları, istehsalçı sektoru peyvənd etməyi məqsəd qoyduğunu qeyd edən Xansari, bu peyvəndin alış qiymətinə təqdim ediləcəyini vurğuladı.

Xansari, korona virus peyvəndi səhiyyə Nazirliyinin icazəsi və korona virus epidemiyası ilə milli mübarizə mərkəzinin nəzarəti ilə idxal edilərək paylanacağını sözlərinə əlavə etdi.

 

Teqlər