Apr 21, 2021 19:42 Asia/Baku
  • Kov Pars korona peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyasının təqdimatı oldu

İran Razi Cov Pars korona peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyası təqdim olundu.

SəhərAzəri xəbər verir ki,Razi Cov Pars korona peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyası üzərində işlərin iki ay əvvəl başladığını deyən  firma araşdırmaçılarından Səid Kələntəri, ilk mərhələdə bu peyvəndi alan  133 şəxsdə hər hansı bir mənfi yan təsirinin görünmədiyini qeyd etdi.

Kələntəri, ilk mərhələdən məqsədin aşının immuniteti və risksiz olduğunu sübut etmək olduğunu, aydın olan bunun reallaşdığını, təhlillərdən sonra gələcək günlərdə ikinci mərhələyə keçiləcəyini söylədi.

Razi Cov Pars  korona peyvəndinin tənəffüs yolu ilə istifadə edilən versiyası Tehranda Rəsuli- Əkrəm (s) xəstəxanasında təşkil edilən mərasimlə təqdim etdi.

 

Teqlər