Apr 22, 2021 22:59 Asia/Baku
  • Pakistan Xarici işlər Naziri, İmam Rezanın (ə) pak məqbərəsini ziyarət etdi

Pakistan Xarici işlər Naziri Şah Mahmud Qureyşi, İrandakı görüşlərinin davamında bu gün müqəddəs Məşhədə gedərək, İmam Rezanın (ə) pak hərəmi və türbəsini ziyarət etdi.

SəhərAzəri xəbər verir ki,Pakistan Xarici işlər Naziri, İmam Rezanın  pak hərəmini  ziyarət etdikdən sonra Rezevi Qüds İdarəsi Başçısı ilə görüşdü.

Pakistanın Tehrandakı  Səfiri, Şah Mahmud Qureyşiyə Məşhəd ziyarətində müşayiət etdi.

Şah Mahmud Qureyşi, İmam Rezanın(ə) məqbərəsini  ziyarət etdikdən sonra İranlı böyük şair Firdövsinin türbəsini də ziyarət etdi.

Pakistan Xarici işlər Naziri iki gün əvvəl İrana gələrək, İranlı əməkdaşı Məhəmməd Cavad Zərif ilə, 2 sərhəd qapısı boyunca qurulan bazarlar arasında əməkdaşlıq razılaşmasına imzaladı.

 

 

Teqlər