Apr 24, 2021 13:41 Asia/Baku
  • Ruhani: Peyvənd tətbiqi bütün vətəndaşlar üçün ödənişsizdir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Korona virus epidemiyası ilə milli mübarizə mərkəzində etdiyi çıxışda bir dəfə daha peyvəndin bütün vətəndaşlara ödənişsiz tətbiq olunacağını vurğuladı.

SəhərAzəri xəbər verir ki, prezident  Ruhani Şənbə günü etdiyi həmin çıxışda, məlumatlar və hesabatlar ölkə daxilində bir çox əyalətdə Korona virus epidemiyasının  hələ pik nöqtəsində olduğunu göstərdiyini, hadisə və ölüm sayının  hələ nigaran edici səviyyədə olduğunu, bu vəziyyətdə bu həftə və gələcək həftədə məhdudlaşdırmaları ağırlaşdırmaqdan başqa çarələri olmayacağını qeyd etdi.

Səhiyyə protokollarına uyğun gəlilinib uyğun gəlilmədiyini müşahidə etmək üçün xüsusi qrupların qurulmasına vurğu edən Respublika başçısı Ruhani, muğayat olmağa vəzifəli olan təşkilatlar sağlamlıq protokollarının icrasına nəzarət üzərində fəaliyyətlərini artırmaları lazım olduğunu, əks halda Korona virus xəstəliyinin yeni dalğasını aşa bilməyəcəklərini ifadə etdi.

Ruhani ayrıca yeni bir təhlükə ilə qarşı-qarşıya olduqları, bu təhlükə də Korona virusun Hindistan ştamı olduğunu, virusun bu   İngiltərə, Braziliya və Cənub Afrikada ortaya çıxan varyantlardan daha təhlükəli olduğunun aydın olduğunu, bu virusun ölkəyə bulaşdığı takdırde çox böyük çətinlik yaşayacaqlarını ifadə etdi.

Ruhani Rəzevi Xorasansa, Cənub Xorasansa, Sistan və Buluçistan və hətta Kirman və Hörmüzgan qubernatorlarından bu mövzuya qarşı çox həssas davranmalarını və bu təhlükəli virusun İrana bulaşmasını maneə törətmə baxımından böyük məsuliyyətləri olduğunu bilmələrini istədi.

 

 

Teqlər