May 01, 2021 15:01 Asia/Baku
  • Ruhani: Korona peyvəndinin idxalatı üçün  çalışırıq

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, hökümət olaraq Korona virus peyvəndinin idxalatına davam etməyə çalışdıqlarını ifadə etdi.

SəhərAzərinin İranpressdən nəql etdiyi xəbərə görə Şənbə günü Koronavirus epidemiyası ilə milli mübarizə mərkəzinin iclasında çıxış edən prezident  Ruhani, hökümət olaraq Korona virus peyvəndinin idxalatına və yerli peyvənd istehsalına dəstək verməyə davam edəcəklərini, beləcə vətəndaşların  bu peyvəndlərdən faydalanaraq virusa qarşı qorunacaqlarını ifadə etdi.

Ruhani, peyvənd şərtlərinin daha da yaxşılaşdıracağını və virusun yayılma zəncirini qıra biləcəyini hökümətin səhiyyə  Nazirliyi tərəfindən təsdiqlənən peyvəndləri bütün çətinliklərə baxmayaraq idxal etməyə çalışdığını vurğuladı.

Ruhani ayrıca Vyana müzakirələrinə toxunaraq, əldə olunan irələyişlərə  baxmayaraq  hələ sanksiyaların davam etdiyini bildirdi.

 

Teqlər