May 16, 2021 16:05 Asia/Baku
  • İranın Əmir Kəbir Universitetində «Simorğ» superkompüterinin təqdimatı olub

İranın Əmir Kəbir Sənaye Universitetində yarım teraflops gücə malik olan «Simorğ» superkompüteri istifadəyə verilib.

SəhərAzəri-nin məlumatına əsasən, Flops kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahididir.

İran Rabitə və İnformasiya Texnologiyası üzrə Araşdırma Mərkəzinin direktoru Vəhid Yəzdaniyan IRIB ilə müsahibədə bildirib ki, yarım teroflops gücə malik olan bu superkompüter müxtəlif tədqiqat mərkəzləri və orqanlar üçün emal xidmətləri təqdim edir.

«Əmir Kəbir Sənaye Universiteti on il bundan öncədən superkompüterlərin dizaynı və tətbiqi sahəsində uğurlu təcrübəyə malikdir»-deyən Yəzdaniyan bildirib ki, bu superkompüterin gücü bir ay ərzində bir petaflopsa çatacaq.

Teqlər