May 30, 2021 12:11 Asia/Baku
  • Razi müəssisəsinin vaksini dünyanın 37 mötəbər vaksini arasında

Nyu-York Tayms qəzeti xəbər verib ki, İranın Razi adına vaksin və serum qayırma üzrə araşdırma müəssisəsi dünyanın 37 üstün şirkətinin kənarında COVID-19-ə qarşı vaksinin klinik sınağının ikinci mərhələsinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, bu məlumatın bir hissəsində «KovoPars» peyvəndinin sınaq işinin başlanmasına işarə edilir və deyilir ki, İran 7 fevral 2021-ci il tarixində ikinci daxili məhsul olan «KovoPars» adlı peyvəndin klinik sınağının ikinci mərhələsinə daxil olduğunu elan etdi.

«KovoPars» peyvəndi koronaya qarşı yeni tərkibli zülala malik ilk inyeksiya-tənəffüs vaksinidir. Onu Razi adına vaksin və serum qayırma üzrə araşdırma institutu Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun olaraq, istehsal edib.

Teqlər