Yerli peyvəndin istifadəsinə rəsmən start verildi
https://azeri.sahartv.ir/news/İran-i378035-yerli_peyvəndin_istifadəsinə_rəsmən_start_verildi
İranda koronavirusa qaşrı yerli istehsal olan "COVİran Barakat" peyvəndinin kütləvi istifadəsinə rəsmi şəkildə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2021 18:45 Asia/Baku
  • Yerli peyvəndin istifadəsinə rəsmən start verildi

İranda koronavirusa qaşrı yerli istehsal olan "COVİran Barakat" peyvəndinin kütləvi istifadəsinə rəsmi şəkildə start verilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran İslam Respublikasının səhiyyə naziri Səid Nəməki bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən peyvəndin bir milyon dozası hazırlanıb.

Qeyd edək ki, "COVİran Barakat" peyvəndindən başqa İranın Kuba ilə birgə istehsal etdiyi vaksinin istifadəsi də nəzərdə tutulub.

Ümumiyyətlə "COVİran Barakat" vaksini İranda Rusiya və Çinin peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.