İyun 15, 2021 13:42 Asia/Baku
  • İran dünyada iri vaksin istehsalçılarından birinə çevriləcək

İranın səhiyyə naziri bildirib ki, İranın koronaya qarşı vaksinlərinin paylanması başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Nəməki deyib ki, bu gündən etibarən, daxildə istehsal edilmiş ilk vaksin paylanacaq. O, bildirib ki, yayın sonunadək İran dünyada iri vaksin istehsalçılarından birinə çevriləcək.

İranın səhiyyə naziri qeyd edib ki, bəzi sədaqətsizliklər üzündən ölkəyə vaksin idxalı problemlərlə üzləşib.

O, deyib ki, göstərilmiş səylər nəticəsində ölkəyə vaksin idxalı bərpa olub və bu həftədən etibarən, inyeksiya üçün bir problemimiz yoxdur.

Nəməkinin sözlərinə görə, daxildə istehsal edilmiş ilk vaksin bu gündən etibarən, paylanacaq və sonrakı həftədə ikinci vaksin qrupu lisenziya alacaq.

İranlı mütəxəssislərin koronavirusla mübarizə istiqamətində bir neçə növ peyvənd istehsalı və düzəldilməsi sahəsindəki uğuru dünyanın elm camiəsinin alqışına səbəb olubdur.

Teqlər