İran bu gün böyük bir beynəlxalq savaşdadır
İranın «Nura» peyvəndinin klinik sınağı başlanıb
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, İran bu gün mehvəri milli istiqlal olan böyük bir beynəlxalq savaşdadır.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor pasdar Hüseyn Səlami bu gün Bəqiyətəllah(əc) universitetinin rekombinant vaksinin təqdimatı və Tehranın Bəqiyətəllah(əc) xəstəxanasında «Nura» vaksininin klinik sınağı prosesinin başlanması mərasimində vurğulayıb ki, hadisə yarada bilməyən bir xalq böyüməz.
O, Qərbin İran xalqı üçün nəzərdə tutduğu planı, yoxsulluq, gerilik və dağılmaq adlandırıb.
«Dünya belə təsəvvür edirdi ki, İran korona qarşısında təslim olacaq, amma İran İslam Respublikası hökuməti koronavirusla mübarizə meydanında parladı», deyən general-mayor pasdar Səlami bildirib ki, koronavirusun kulminasiya nöqtəsində maskanın tapılmadığı bir zamanda inkişaf etmiş ölkələr maska oğurluğu ilə məşğul idilər.
«İran İslam Respublikası öz hədəfləri həddində böyükdür»-deyə general Səlami bildirib. Qeyd edib ki, İran öz istehsal etdiyi korona vaksinlərini yoxsul ölkələrin ixtiyarına qoyacaq.
Bəqiyətəllah(əc) universitetinin rekombinant vaksinin təqdimat və Tehranın Bəqiyətəllah(əc) xəstəxanasında «Nura» vaksininin klinik sınağı prosesinin başlanması mərasimi bu gün Sepah-ın baş komandanı general-mayor pasdar Hüseyn Səlami və İranın səhiyyə naziri Səid Nəməkinin iştirakı ilə başlanıb.
«İran «Sputniki» peyvəndinin təqdimat mərasimi də dünən keçirilibdir.
İranlı mütəxəssislər və alimlər koronavirusla mübarizə üçün bir neçə növ vaksin düzəldib, istehsal etməyə müvəffəq olublar ki, bu da beynəlxalq elm camiəsinin alqışı ilə üzləşibdir.