İnqilab Rəhbəri: Xuzistanın problemlərini həll edin
İyul 22, 2021 13:12 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri məsul şəxslərin İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin problemlərini həll etmələrini istəyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki; Xuzistanın problemlərini həll etmək məsul şəxslərin vəzifəsidir və əgər bir kəs xalqın fikrində olarsa, Xuzistanın çətin problemləri qarşısında rahat qala bilməz və xalqın fikrində olmaq, hökumətlərin qəti, təcili və həmişəlik vəzifəsidir.
Cari ildəki quraqlıq və həddən artıq istilər Xuzistan vilayətini problemlər, o sıradan su çatışmazlığı ilə üzləşdiribdir.
Belə bir halda, bütün dövlət və xalq orqanlarının səyləri və Karun su bəndinin çıxışlarının açılması ilə su çatışmazlığı problemi aradan qaldırılmaqdadır.