İnqilab Rəhbəri Xuzistan əhalisinin problemlərinə tez bir zamanda baxılmasını vurğulayıblar
Xuzistan vilayətində quraqlıq, su çatışmazlığı və həddindən artıq istilər ölkənin bu geniş bölgəsinin əhalisini bir çox problemlə üzləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün günortadan öncə “Kovo İran Bərəkət” vaksininin ikinci dozasını vurdurduqdan sonra Xuzistan əhalisinin problemlərinə toxunublar. O həzrət bildiriblər ki, son günlər doğrudan da ağrılı nigarançılıqlardan biri, Xuzistanın su məsələsi və əhalinin problemləri olubdur.
İslam İnqilabının Böyük Rəhbəri hökumət və qeyri-hökumət orqanlarının qarşılarına vəzifə qoyublar ki, bu vilayət əhalisinin məsələ və problemlərinə baxılmasını ciddi surətdə izləsinlər.
İranın böyük bir hissəsi iqlim və coğrafi koordinatlara əsasən, su mənbələri çatışmazlığına və az yağıntılılığa düçardır. Bu problem/ bu ilin də hesab olunduğu quraqlıq dövrlərində/ daha da kəskinləşir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin iranlı alim və tədqiqatçıların daxili peyvənd istehsalındakı zəhmətləri xüsusiyyət təşkil etməklə koronavirus xəstəliyi ilə mübarizədə səhiyyə məcmuələrinin mübarizə və zəhmətlərini yüksək dəyərləndiriblər. O həzrət koronavirus pandemiyasının dayanmasınadək səhiyyə protokollarına tam riayətin davam etdirilməsi vacibliyini vurğulayıblar.