«Razi Kovo Pars» vaksini 80%-lik təhlükəsizlik yaradır
Avq 10, 2021 17:20 Asia/Baku
«Razi Kovo Pars» vaksininin klinik test layihəsinin sözçüsü bu vaksinin səksən faizlik təhlükəsizlik yaratdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Hüseyn Fəllah Mehrabadi deyib ki, ikinci etapın məlumatı iki həftə bundan öncə ərzaq və dərman təşkilatına göndərilib və üçüncü etapın klinik protokollarının bəyan edilməsini gözləyirik ki, bu mərhələ də başlanmış olsun.
Mehrabadi sonra deyib ki, proqramlaşdırmalara əsasən, avqustun son həftəsindən üçüncü klinik test mərhələsinə daxil olacağıq.
Mehrabadi qeyd edib ki, üzərlərində araşdırmaların aparıldığı şəxslərdə də ciddi yan təsirlər məlumat verilməyib və nəticələr qənaətbəxş olubdur.