İranın dəniz donanmanın eskadrası Rusiyanın dəniz paradında iştirak edərək, İranın gücünü nümayiş etdirib
https://azeri.sahartv.ir/news/İran-i380006-İranın_dəniz_donanmanın_eskadrası_rusiyanın_dəniz_paradında_iştirak_edərək_İranın_gücünü_nümayiş_etdirib
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin koordinatorunun müavini, İran Hərbi Dəniz Qüvvələrinin eskadrasının Rusiya Hərbi Dəniz Paradında iştirak edərək, İranın nüfuzunu nümayiş etdirdiyini vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 12, 2021 16:10 Asia/Baku
  • İranın dəniz donanmanın eskadrası Rusiyanın dəniz paradında iştirak edərək, İranın gücünü nümayiş etdirib

İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin koordinatorunun müavini, İran Hərbi Dəniz Qüvvələrinin eskadrasının Rusiya Hərbi Dəniz Paradında iştirak edərək, İranın nüfuzunu nümayiş etdirdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Ordusunun Dəniz Donanmasının ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin koordinatorunun müavini Kontr-admiral Məhəmmədrza Əzizi cümə axşamı günü, İran Ordusunun Dəniz Donanmasının 75-ci eskadrasının Atlantik Okeanında olmasına toxunaraq, deyib: "İslami İranın inqilabçı dənizçiləri Sankt -Peterburqda keçirilən Rusiyanın hərbi dəniz paradında iştirak edərək İranın gücünü və başıucalığını dünyaya göstərə bildilər". 

Kontr-admiral Əzizi əlavə edib: "İranın inqilabçı gəncləri "Səhənd" destroyeri və "Məkran" gəmi-limanı ilə Fars Körfəzində Hörmüz boğazından başlayaraq, Cənubi Afrikanın Ümid Burnu, Fransa ilə İtaliya arasında yerləşən Manş dənizi, Skandinaviya bölgəsində yerləşən Baltik dənizi və nəhayət Finlandiya körfəzindən keçərək Sankt-Peterburqa daxil olublar və dənizçilik tarixində ən uzun bir marşurutu uğurla və güclü şəkildə başa vurublar".