Üç İran vaksininə lisenziya verilib
Sen 03, 2021 20:32 Asia/Baku
İranın səhiyyə naziri koronaya qarşı üç İran vaksininə lisenziyanın verildiyini bildirib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Bəhram Eynullahi, Pastor İnstitutu, Razi və Sinajen vaksinlərinə lisenziyanın verildiyini deyib.
İranın səhiyyə naziri bildirib ki, koronaya qarşı İran vaksinləri ən yaxşı vaksinlərdəndirlər.
İranda koronaya qarşı ümumi vaksinasiyanın inkişaf prosesinə toxunan Eynullahi ölkədə ümumi vaksinasiyanın Fəcr ongünlüyünə təsadüf edən 2022-ci ilin on bir fevralınadək başa çatacağına ümid etdiyini bildirib.
Bu gün də İrana beş milyon doza vaksin yükü daxil olub.
Xarici mənbələrdən vaksin idxalı ilə yanaşı, İranda ümumi vaksinasiya İran vaksini olan «Kovo İran Bərəkət» vaksini ilə də həyata keçirilməkdədir.