Sen 25, 2021 20:10 Asia/Baku
  • Ali Məqamlı Rəhbər fədakar yeniyetmənin vəfatı münasibətilə başsağlığı verib

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir müraciətdə «İzə»li fədakar yeniyetmə Əli Ləndinin vəfat etməsi münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ali Məqamlı Rəhbərin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin ofisindən qeyrətli iranlı yeniyetmə Əli Ləndinin ailəsinə zəng edilib  və Həzrət Ayətullahül-üzma Xameneinin başsağlığı müraciəti çatdırılıb. 

Qeyd edək ki, iki həftə əvvəl on beş yaşlı iranlı yeniyetmə Əli Ləndi qonşunun evində yanğının baş verdiyini görərkən, yanğında ilişib qalmış iki qadını xilas etmək üçün hərəkətə keçib və onları alovun içərisindən çıxarıb, özü isə ağır dərəcəli yanığa düçar olub. «İzə»li fədakar yeniyetmə Əli Ləndi Əhvaz və İsfahanda bir neçə gün müalicə olunduqdan sonra dünyasını dəyişib.

İran prezidenti Seyid İbrahim Rəisi, İran İslam Şurası Məclisinin sədri Məhəmməh Baqir Qalibaf və İranın Məhkəmə Hakimiyətinin sədri Qulamhüseyn Mohseni Ejei də ayrı-ayrı müraciətlərdə bu qəhrəman yeniyetmənin vəfatı münasibətilə başsağlığı veriblər. 

 

 

Teqlər