İnqilab Rəhbəri Ayətullah Həsənzadə-Amulinin vəfatı münasibətilə başsağlığı veriblər
https://azeri.sahartv.ir/news/İran-i381458-İnqilab_rəhbəri_ayətullah_həsənzadə_amulinin_vəfatı_münasibətilə_başsağlığı_veriblər
Həzrət Ayətullahuluzma Xamenei bir müraciətdə tövhidi arif, din alimi Ayətullah Həsənzadə-Amulinin vəfatı münasibətilə başsağlığı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2021 08:18 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Xamenei
    Həzrət Ayətullahuluzma Xamenei

Həzrət Ayətullahuluzma Xamenei bir müraciətdə tövhidi arif, din alimi Ayətullah Həsənzadə-Amulinin vəfatı münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-rəhmanir-rəhim.

Təəssüflə, tövhidi arif, din alimi Ayətullah Həsənzadə-Amuli- rəhmətullah ələyhin vəfatı xəbərini aldım.

Bu çox bilikli, alim ruhani, hər bir dövrdə az sayda nümunələrinin/ dostların gözləri və ürəklərini oxşayan və ümumiyyətlə onların biliyi, mərifəti, ağlı və qəlbini bəhrələndirən nadir və dəyərli simalardan olubdur.

Bu böyük şəxsiyyətin yazıları inşaallah, maarif və incə kəlam sevərlər üçün, feyzlə dolu bir bir mənbə olub və olacaqdır.

Mən o böyük şəxsiyyətin bütün tərəfdarları, şagirdləri və dostlarına, xüsusən mömin və inqilabçı Amul əhalisinə və o mərhumun yüksək insani yaradıcılığı və inqilabçı mövqeyinə cəzb olan və böyük maraq göstərən gənclərə başsağlığı deyir və Allah-Taaladan o şəxsiyyət üçün yüksək dərəcələr, rəhmət və bağışlanma diləyirəm.

Seyyid Əli Xamenei

4 mehr 1400-cü günəş ili