Qunduz cinayətinin amilləri cəzalandırılsınlar
Əfqanıstanın Qunduz əyalətindəki məsciddə qanlı partlayış hadisəsindən və bir qrup namazqılanın həyatını itirməsindən soran Həzrət Ayətullahuluzma Xamenei bu böyük cinayətin amillərinin cəzalandırılmaları və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasını istəyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir müraciətdə bildiriblər: Xeyli sayda namazqılan möminin həyatını itirməsiilə nəticələnən Qunduz əyalətinin Xanabad rayonundakı məsciddə kədərli partlayış hadisəsi bizim ürəyimizi ağrıtdı.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Qonşu və qardaş Əfqanıstanın məsul şəxslərindən ciddi surətdə gözlənilir ki, bu böyük cinayətin qaniçən amillərini cəzalandırsınlar və lazımi ölçülər götürməklə bu kimi faciənin təkrarlanmasının qarşısının alsınlar.
O həzrət həmçinin Allah-Taaladan bu hadisə şəhidləri üçün rəhmət və yüksək dərəcələr, həmçinin zərər çəkənlər üçün tezliklə sağalma və şəhidlərin ailələri üçün səbir diləyiblər.