Noy 18, 2021 14:35 Asia/Baku
  • İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei
    İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə mübariz din alimi höccətülislam vəlmüslimin Hacı Şeyx Möhsün Müctəhid-Şəbüstərinin vəfatı münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin başsağlığı müraciətinin mətnində belə deyilir:

Bismillahir-rəhmanir-rəhim

Mübariz din alimi cənab höccətülislam vəlmüslimin Hacı Şeyx Möhsün Müctəhid-Şəbüstəri rəhmətullah əleyhin vəfatı münasibətilə onun əziz xanədanına, möhtərəm övladlarına, həmçinin Tehranda və Azərbaycandakı bütün tərəfdarlarına başsağlığı verirəm.

Bu böyük din alimi Tehran və Təbrizdəki dini elmlər hövzələrinin ümumi şəkildə istiqamətləndirilməsi və idarə olunmasında, həmçinin ictimai xidmətlərdə ən uğurlu və fəal ruhanilərdən olubdur. Onun uzun müddət Təbrizin imamcüməsi olduğu dövrdəki səy və zəhmətləri unudulmazdır və o mərhumun Tehran və sair məkanlarda yerləşən dini elmlər hövzələrindəki yadda qalan əsərləri ona ilahi rəhmətin cəlb olunmasına səbəb olacaq, inşaallah.

Allah-Taaladan bu möhtərəm din alimi üçün bağışlanma və yüksək dərəcələr diləyirəm.

Seyid Əli Xamenei

27 aban

 

Teqlər