Yan 07, 2022 14:02 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti günlərinin əzadarlıq mərasiminin dördüncü gecəsi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ötən mərasimlərdə olduğu kimi əhalinin iştirakı olmadan keçirilən dünəngecəki mərasimdə höccətülislam Məsud Ali öz söhbətində vurğulayıb ki, ürəkləri haqq cəbhəsində olan və ilahi iradənin həyata keçməsi uğrunda çalışan şəxslər tarix boyu peyğəmbərlər və övliyaların ibadətlərinin savabına şərikdirlər.

Böyük İslam Peyğəmbəri(s.ə.s.) öz danışığı və davranışı ilə Həzrət Zəhra(s.ə)-nı haqqın meyarı kimi təqdim etdi.

İslam Peyğəmbəri(s.ə.s)-in vəfatından sonra Həzrət Zəhra(s.ə)-nın tapşırığı da haqq vilayəti, yəni Əmirəlmöminin(ə)-ın təcəssümü və mehvərinin qorunması oldu.

Bu mərasimdə Mehdi Səmavati də təvəssül duası oxuyub, müsibəti zikr edibdir.

 

Teqlər