Aliməqamlı Rəhbər tərəfindən Ayətullah Ələvi Qorqani üçün anım mərasimi keçiriləcək
İran İslam İnqilabının Aliməqam Rəhbəri tərəfindən sabah Qum şəhərində şiələrin təqlid mərcəyi Ayətullah Ələvi Qorqaninin vəfatı münasibətilə yas və anım mərasimi keçiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Məhəmməd Əli Ələvi-Qorqani dünən 82 yaşında haqqın dəvətinə ləbbeyk deyib.
Ayətullahül-üzma Ələvi Qorqaninin cənazəsinin müşayiət olunması və dəfn mərasimi cümə axşamı günü Qum şəhərində keçiriləcək.
İran İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei dünən bir müraciətdə Ayətullah Ələvi Qorqaninin vəfatı ilə bağlı başsağlığı veriblər.
Ayətullahül-üzma Xameneinin başsağlığı müraciətinin bir hissəsində deyilir: "Bu müəzzəm təqlid mərcəyi İnqilabın müxtəlif məsələləri və ölkə məsələlərində həmişə sədaqətlə xalqın yanında olub və quruluşa dəstək verib və İslam İnqilabının ülvi dəyərlərinin yüksəlişi istiqamətində dəyərli xidmətlər göstərib ki, bu da ilahi lütf və rəhmətə səbəb olacaq".