May 01, 2022 11:01 Asia/Baku
  • İnqilab Rəhbəri məhkumlardan bir qrupunun cəzasının əfv olunması və yüngülləşdirilməsilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri səadətli fitir bayramı münasibətilə məhkumlardan 1542 nəfərin əfvi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Səadətli fitir bayramı münasibətilə Həzrət Ayətullahuluzma Xamenei ümumi və inqilab məhkəmələri, hökumət sanksiyaları təşkilatı və İran silahlı qüvvələrinin məhkəmə təşkilatı məhkumlarından 1542 nəfərin əfv olunması və ya cəzasının azaldılması ilə razılaşıblar.

İran məhkəmə hakimiyyətinin sədri höccətulislam vəlmuslimin Qulamhüseyn Mohseni-Ejei səadətli fitir bayramı münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda əfv və bağışlanma üzrə mərkəzi komissiyada şəraitə uyğun müəyyən edilmiş məhkumların əfvi, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi təklifini verib və bu təklif əsas qanunun 110-cu maddəsinin 11-ci bəndinin icrası istiqamətində Həzrət Ayətullahuluzma Xameneinin razılığı ilə qarşılanıb.

 

Teqlər