May 09, 2022 17:00 Asia/Baku
  •  Həzrət Ayətullahül-üzma Xamenei
    Həzrət Ayətullahül-üzma Xamenei

İran İslam İnqilabının Aliməqam Rəhbəri fəhlələri istehsalın əsas sütunu adlandırıblar və onların düşmənlə mübarizədə ön sıralarda olduqlarını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei bu gün ölkənin hər yerindən gələn işçi qrupları ilə görüşdə, bu görüşün məqsədinin onları qiymətləndirmək, təşəkkür etmək və işin özünün dəyərini vurğulamaq olduğunu bildirib və İslamın "işçiyə" və "İş" mövzusuna baxışına toxunaraq, buyurublar: "Kapitalist quruluşunun istismarçı baxışı və dağılmış kommunist quruluşunun şüar xarakterli baxışının əksinə olaraq, İslamın fəhləyə baxışı təqdir və dəyərə söykənir və buna görə də İslam Peyğəmbəri (s) fəhlənin əllərindən öpürlər.

İslam İnqilabının Aliməqam Rəhbəri işçilərin hərbi, iqtisadi və siyasi sahələrdə parlaq milli motivasiyalarına toxunaraq, qeyd ediblər ki, hərbi sahədə işçilərin motivasiyasının bariz nümunəsi Müqəddəs Müdafiə dövründə 14 min işçinin şəhid olmasıdır və əgər bir daha hərbi məsələ baş verərsə, fəhlə icması mütləq ön sıralarda olacaq. 

O Həzrət, həmçinin iqtisadi sahədə fəhlələrin milli motivasiyaları haqqında əlavə ediblər: "İqtisadi sahədə İslam İnqilabının əvvəlindən və son illərdə sanksiyaların sərtləşdirilməsi ilə özünü daha qabarıq şəkildə göstərən, bdünya imperializminin əsas siyasətlərindən biri ölkənin istehsalını iflic vəziyyətə salmaq olub, lakin işçilər ön cəbhədə müqavimət göstərərək, buna imkan vermədilər və istehsal xeyməsinin əsas sütunu oldular. 

Teqlər