May 17, 2022 15:24 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran və Rusiya münasibətləri strateji xarakter daşıyır və İran heç bir məsələnin bu əlaqələri pozmasına icazə verməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə NATO-nun siyasətlərinə işarə edərək, qeyd edib ki, NATO-nun genişlənməsi və Qərbin Rusiyanın təhlükəsizlik mülahizələrinə məhəl qoymaması Ukraynadakı mövcud vəziyyətin səbəbləridir. NATO bilməlidir ki, qarşıdurma yolunun xoşbəxt sonu yoxdur.

Xətibzadə İranın Moskva ilə Kiyev arasında sülhün bərqərar olması üçün səylərini davam etdirildiyini vurğulayaraq, əlavə edib: "Düşünürük ki, hazırda baş verənlərin kökündə NATO-nun genişlənmə siyasəti və ya Avropa faktlarına məhəl qoyulmaması, əslində isə Qərb ölkələrinin Rusiya başda olmaqla bir sıra ölkələrin siyasi və təhlükəsizlik mülahizələrinə və on il əvvəl yekunlaşan sazişlərə məhəl qoymaması dayanır".

O, İranın Rusiya və Ukrayna arasında sülhün bərqərar olması səyləri ilə bağlı deyib: "İran Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin yeni mərhələsinə başlamaq niyyətindədir".

Xətibzadə, həmçinin deyib: "Tehranla Moskva arasındakı münasibətlər strateji xarakter daşıyır və biz heç bir şeyin onu pozmasına imkan verməyəcəyik".

Teqlər