İyun 08, 2022 16:41 Asia/Baku
  • Sionistlər İslam Dünyasının nağd bəlasıdırlar

İslam İnqilabının Böyük Rəhbəri sionistlərin İslam Dünyasının nağd bəlası olduqlarını bildiriblər. Qeyd ediblər ki, sionist rejim onunla əlaqələrini adiləşdirməyə doğru gedən dövlətləri istismar edir.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu gün, builki həcc mərasiminin məsul şəxslərilə görüşdə əlavə ediblər: Sionistlərin fitnə və planlarını ifşa etmək, həccdəki zəruri işlərdəndir. Xalqların istəklərinin əksinə hərəkət edib, Amerikanın istəyinə görə sionist rejimlə əlaqələri adiləşdirnək səmtinə gedən ərəb və qeyri-ərəb hökumətləri bilsinlər ki, bu qarşılıqlı əlaqə və görüşlərin onların sionist rejim tərəfindən istismar edilmələrindən başqa heç bir nəticəsi olmayacaq.

Həccin İslam Ümmətinin birliyinin təzahürü olmasına toxunan Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Müsəlmanların birliyi məsələsinə heç bir xələl gəlməsin deyə, bütün səylər səfərbər edilməlidir, zira, xüsusən şiə ilə sünni arasında ixtilafın yaradılması ingilislərin hiylələrindəndir.

İslam İnqilabının Böyük Rəhbəri Qurandan və yaxşı Quran qiraətçisindən istifadə və digər ölkələrin zəvvarları ilə yaxşı və ziyalandırıcı təmasları, birliyin artmasının zəminlərindən adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei, qarşılayan hökumətin ağır vəzifələrinə və bu hökumətin İslam Dünyasının məsləhətləri əsasında hərəkət etməsi vacibliyinə də işarə edib və vurğulayıblar: Bütün zəvvarların, xüsusən iranlı zəvvarların təhlükəsizliklərinin təmini, keçmiş faciələrin təkrarlanmasının qarşısının alınması, həmçinin xərclərin artırılması məsələsinin yenidən nəzərdən keçirilməsi İran İslam Respublikasının ciddi tələblərindəndir.

Həzrət Ayətullahuluzma Xamenei «dinc yanaşı yaşamanın təlimi», «sadə yaşama», «günahdan, həmçinin əlçatan olan, amma qorunmaq tələb edən məsələlərdən çəkinmə»ni həccin mühüm dərslərindən adlandırıblar.

 

Teqlər