İyun 14, 2022 12:46 Asia/Baku
  • İran Atom Enerjisi Agentliyi: İranın heç bir gizli nüvə fəaliyyəti yoxdur

İran İslam Respublikasının Atom Enerjisi Agentliyi bildirib ki, İranın heç bir elan olunmamış nüvə obyekti və ya gizli fəaliyyəti yoxdur və Beynəlxalq Atom Enerjisi Agentliyinin iddiası yalnız özü nüvə silahına malik olan qeyri-qanuni sionist rejimin verdiyi yalan məlumatlara əsaslanır.

SəhərAzəri-nin məlumatına əsasən, İrana qarşı sanksiyaların ləğvi və ABŞ-ın nüvə anlaşmasına qayıtması ilə bağlı Vyanada aparılan danışıqlar Vaşinqtonda siyasi iradənin olmaması səbəbindən demək olar ki, dalana dirəndiyi bir halda, bu ölkə və Avropa üçlüyü (Almaniya, İngiltərə və Fransa) sionist rejimin təzyiqləri və MAQATE-nin baş direktoru Rafael Qrossinin müşayiəti ilə İran əleyhinə qətnamə qəbul etdilər.

Qətnamə İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə xoş niyyətindən irəli gələn geniş əməkdaşlığını nəzərə almır; Bu səbəbdən İranın Atom Enerjisi Təşkilatı da Agentliyin İranda onlayn müşahidə kameralarının fəaliyyətini dayandırdığını açıqlayıb.

İranın Atom Enerjisi Təşkilatı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İranın nüvə fəaliyyətlərinə dair son hesabatı ilə bağlı ictimai rəyi maarifləndirmək üçün bildirib ki, İran İslam Respublikası Hərtərəfli Təhlükəsizlik Nəzarəti Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl edir. Hansı ki, Agentlik bunun vasitəsi ilə öz biliklərini Agentliyin yoxlama sistemində unikal olan İranın nüvə materialları və fəaliyyətləri ilə bağlı nəzarət tədbirləri də daxil olmaqla, möhkəm yoxlama sistemi ilə qorumağa davam edir. 

İranın Atom Enerjisi Təşkilatı əlavə edib: "İranın nüvə fəaliyyətləri Agentliyin tam əhatəli nəzarəti altında dinc xarakter daşıyır. Ona görə də bu məsələlərin qeyd olunması və bununla bağlı Agentlik tərəfindən "narahatlıq" bildirilməsi əsassızdır.

İran İslam Respublikası indiyədək Əhatəli Nəzarət Sazişi və Əlavə Protokolundan irəli gələn öhdəliklərindən kənarda Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq edib və İranın bütün nüvə materialı və fəaliyyəti Agentliyə tamamilə bəyan edilib və çox güclü yoxlama sistemindən keçib.

Qeyd edək ki, son 20 ildə Agentliyin ən intensiv təftişləri İranda aparılıb və bu, Agentliyin 2021-ci il üzrə nəzarətlərin tətbiqi ilə bağlı hesabatında təsdiqlənib. Belə ki, dünya üzrə yoxlamaların 22 faizinin İranda aparıldığı bildirilir, halbuki, İran bütün dünyada Agentliyin əhatə etdiyi bütün nüvə obyektlərinin yalnız 3 faizinə malikdir.

Teqlər