İyun 18, 2022 11:51 Asia/Baku
  • Kamalvəndi: MAQATE İranın Nətənz kompleksindəki fəaliyyətlərindən tam xəbərdardır

Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Natanz nüvə kompleksindəki fəaliyyətlərindən tam xəbərdardır.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi cümə günü bəzi Qərb mətbuatında İranın Nətənz ərazisi ətrafında tikinti fəaliyyətləri ilə bağlı yayılan xəbərlərə reaksiyada, deyib: "İranın Agentliyə nəzarət müqaviləsindən kənar məlumat vermək öhdəliyi olmasa da, Kərəcin TESA fabrikinin fəaliyyətinin Nətənz nüvə obyektlərinə yaxın əraziyə köçürülməsi üçün tikinti tədbirləri başlayandan bəri bu barədə Agentliyə məlumat verib".

Kamalvəndi "Nournews" xəbər saytına verdiyi müsahibədə əlavə edib: "Bu transfer ölkəmizin dinc nüvə obyektlərinin mühafizəsini gücləndirmək məqsədi daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin xəbərdarlığı ilə həyata keçiriləcək".

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: "Ölkəmizin hərəkətlərinin tam şəffaflığını nəzərə alsaq, şübhəsiz ki, sionist cərəyanına bağlı medianın yaratdığı atmosfer qeyri-müəyyənliyə və siyasi sui-istifadələrə səbəb olmayacaq".

Kamalvəndi söhbətinin davamında keçən il Kərəcdəki TESA sentrifuqa fabrikinə qarşı həyata keçirilən terror əməliyyatına toxunub və qeyd edib ki, üvə obyektlərinə qarşı davam edən vəhşiliklərə görə, nüvə obyektlərinə qarşı vəhşiliklərin davam etməsi ilə əlaqədar olaraq, mühafizə və təhlükəsizlik faktorunu artırmaq üçün sentrifuqa istehsalı da daxil olmaqla həssas obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərara alınıb".

İranın Atom Enerjisi Təşkilatının sözçüsü MAQATE-nin bu dəyişikliklərdən tam xəbərdar olduğunu bildirib və deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyi öz mühafizə vəzifələrini o dərəcədə yerinə yetirə bilməyib ki, ölkəmizin obyektlərinə qarşı terror aktlarını pisləmək üçün heç bir tədbir görməyib". 

Teqlər