Okt 09, 2022 00:04 Asia/Baku
  • SEPAH-ın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı parad keçirir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri şənbə günü Buşəhrdə Fars körfəzi sularının 2-ci Dəniz Dairəsində genişmiqyaslı parada başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,  İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı şəhid Nadir Məhdəvi və onun yoldaşlarının şəhadətinin ildönümü ilə əlaqədar SEPAH-ın hərbi-dəniz gəmiləri Fars hörfəzi sularında parad keçirib.

1987-ci il oktyabrın 8-də Nadir Məhdəvi İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz piyadalarından olan doqquz yoldaşı ilə birlikdə İranın Fars körfəzi bölgəsi yaxınlığındakı ərazi sularını pozan Amerika qüvvələri ilə birbaşa vuruşdu və ABŞ-ın terrorçu qüvvələri tərəfindən şəhid edildi. 

O vaxtdan oktyabrın 8-i İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri günü kimi qeyd olunur.

Teqlər